• Ç. Noy 27th, 2024

Qazaxıstan səfiri: “Ümid edirik ki, artıq regiona sülh gələcək”

ByYenigun.news

İyn 24, 2023


“Əminəm ki, Laçın rayonunun iqtisadi potensialı böyükdür”.

APA xəbər verir ki, bunu Qazaxıstan səfiri Alim Bayel Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üzvlərinin Laçın şəhərinə səfəri çərçivəsində jurnalistlərə bildirib.

“Bu, gün biz səfirlər olaraq Azərbaycanın ən gözəl rayonlarından biri olan Laçın rayonuna gəlmişik. Burada artıq quruculuq və abadlıq işləri görülür.

Laçın rayonunun bəzi sakinləri artıq öz doğma yurdlarına qayıdıblar. Bizim onlarla danışmaq imkanımız olub.

Rayonun təbiəti çox gözəldir və əminəm ki, iqtisadi potensialı da böyükdür.

Ümid edirik ki, artıq bu regiona sülh və inkişaf gələcək. Bu bizim hər birimiz üçün önəmlidir”, – diplomat deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir