• C. Noy 29th, 2024

Qazilər Ukrayna səfirliyi qarşısında Vətən müharibəsi iştirakçısının azad edilməsi tələbilə aksiya keçiriblər

ByYenigun.news

Sen 20, 2022

Qarabağ qaziləri Ukraynanın Bakıdakı səfirliyinin qarşısında Vətən müharibəsinin iştirakçısı Kiyevdə həbsdə saxlanılan Misir Qasımlının azadlığa buraxılması tələbi ilə aksiya keçirib.

“Report” xəbər verir ki, aksiya zamanı səfirliyin qarşısında 12 metrlik Azərbaycan bayrağı açılıb, müxtəlif şüarlar səsləndirilib.

Bildirilib ki, M.Qasımlının səhhətində problemlər yaranıb. Aksiya iştirakçıları onun tez bir zamanda azad olunmasını tələb ediblər.

Qeyd olunub ki, artıq Türkiyə və Almaniyada yaşayan həmvətənlərimiz də Ukrayna səfirlikləri qarşısında etiraz aksiyası keçirmək üçün müraciətlər ediblər.

Aksiyada qazi M.Qasımlının anası Xalidə Qasımlı da iştirak edib. Qazinin anası aksiya iştirakçılarına təşəkkür edib. O, oğlunun tezliklə azadlığa buraxılmasını istəyib.

Xatırladaq ki, M.Qasımlı və digər Azərbaycan vətəndaşı Sübhan Quliyev Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, yaxınlarının sözlərinə görə ittihamlar 1 ildən çoxdur ki, sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynanın paytaxtı Kiyevdə istintaq təcridxanasında saxlanılırlar. Hazırda onların məhkəmə iclası davam edir. Hər iki şəxs sentyabrın 5-dən aclıq aksiyasına başlayıb, onların səhhətində ciddi problemlər yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir