Bu gün – iyunun 29-da mülki ermənilərin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindən səkkiz nəqliyyat vasitəsinin sərbəst keçidi təmin edilib.
“Report” xəbər verir ki, bununla bağlı görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.
Onların avtomobilləri prosedura uyğun olaraq yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.
Ermənistan mətbuatının məlumatına görə, bu gün BQXK avtomobilləri ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən 12 erməniəsilli vətəndaş aparılıb. Gün ərzində isə öncə aparılmış 15 xəstə və müşayiətçilərinin bu məntəqədən Qarabağa qaytarılması planlaşdırılır.
Həmin görüntüləri təqdim edirik: