• C. Noy 29th, 2024

Qiymətli daşların alqı-satqısı ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirə olunur

ByYenigun.news

Okt 6, 2023


Qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısının nağdsız həyata keçirilməsinə dair layihə I oxunuşdan keçib.

“Report”un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə 30 dekabr 2022-ci il tarixli 785-VIQD nömrəli qanun ilə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilərək qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlərin nağdsız qaydada həyata keçirilməsi təsbit edilib.

Layihə müzakirələrdən sonra I oxunuşda qəbul olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir