• Ca. Noy 28th, 2024

Qondarma məhkəmə: Əsir hərbçimiz Hüseyn Axundova “hökm” oxunub – VİDEO

ByYenigun.news

İyn 21, 2023


Ermənistanın əsir saxladığı Azərbaycan hərbçisi Hüseyn Axundova qondarma məhkəmə keçirilərək “hökm” oxunub.

Azərbaycan Ordusunun əsgəri 20 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.

Mənbə: Sputnik Ermənistan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir