Fransanın Clermont-Ferrand şəhərindəki meydanlardan birinə qondarma erməni soyqırımı iddiası ilə “Ermənistan” adı verilib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Hətta bu münasibətlə keçirilən tədbirdə qondarma Artsaxın əsgi parçasının dalğalandırıldığı da qeyd olunub.
Qeyd edək ki, Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədridir.