• Bz. Noy 24th, 2024

Qoşulmama Hərəkatının Təmas Qrupunun sammitinin yekunlarına dair sənəd qəbul edilib

ByYenigun.news

Mar 2, 2023

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun sammiti çərçivəsində onun nəticələrini özündə əks edən sənəd qəbul edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sammitin bağlanış mərasimində çıxışı zamanı bildirib.

C.Bayramov iştirakçılara iştiraklarına, gün ərzində uğurlu fikir və ideya mübadiləsinə görə təşəkkür edib.

“Bu sammit əməkdaşlıq və həmrəylik nümunəsinə çevrildi”, – deyən nazir əlavə edib.

XİN rəhbəri qeyd edib ki, təşkilat ölkələri COVID-19-dan sonrakı bərpa üçün yeni təkliflər irəli sürməyə davam etməlidirlər.

Onun sözlərinə görə, Azərbaycanın təşkilatda sədrlik müddəti bu il başa çatsa da, ölkənin Qoşulmama Hərəkatına yardımı və onunla əməkdaşlığı fəal şəkildə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir