• Ç. Noy 27th, 2024

Qrant alınmasında yeniliklər olacaq

ByYenigun.news

Sen 23, 2022

Azərbaycanda qrantların alınması daha da şəffaflaşdırılır.

Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı “Qrant haqqında” qanuna dəyişiklik təklif olunur.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun Azərbaycan Respublikasının və ya həmin orqanın adından aldığı qrantların reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurumun təyin etdiyi qaydada aparılacaq.

Təklif edilən dəyişikliklərin əsas məqsədinin qrantların alınmasında şəffaflığı təmin etmək, bu sahədə müasir tələblərə cavab verən sistem formalaşdırmaqdır. 

Eyni zamanda, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sistemi yaratmaq da hədəflər sırasındadır. 

Qeyd edək ki, layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir