Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanda Fərrux dağı ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirib.
Oxu.Az-ın məlumatına əsasən, XİN bildirib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.
“Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”, – deyə XİN bildirib.
Qeyd edək ki, Lavrov Fərrux dağı ilə bağlı məsələni sərhədlərin delimitasiyası kontekstində dəyərləndirib. Halbuki, Fərrux dağı və kəndi sərhəddə deyil.