• Şb. Noy 23rd, 2024

Ramiz Mehdiyevin səhhəti pisləşdi, İsrailə aparıldı

ByYenigun.news

Mar 4, 2024


Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb.

Gununsesi.info-nun məlumatına görə, sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb.

Bildirilir ki, bir sutka həkim nəzarətində qalan R.Mehdiyevi ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir