“Səfirliyin açılması Azərbaycan və İsrail arasında əməkdaşlığı daha da gücləndirəcək”.
Bunu “Report”a açıqlamasında İsraildə fəaliyyət göstərən İqtisadiyyat dünyası mərkəzinin redaktoru, politoloq Reyçel Avraam bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması böyük uğurdur: “Azərbaycan İsrailin əsas müttəfiqlərindən biridir. Üstəlik, o, İsrailin neftə olan tələbatının 40%-ni təmin edir”.
O, həmçinin qeyd edib ki, Azərbaycan və İsrail İran təhlükəsinə qarşı müqavimət göstərmək məqsədilə əməkdaşlıq edirlər.
Xatırladaq ki, martın 29-da Təl-Əvivdə Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimi olub. Tədbirdə Azərbaycan və İsrailin xarici işlər nazirləri – Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.