• Ça. Noy 26th, 2024

RJD-nin birinci prezidenti: “Heydər Əliyev dəmir yolu nəqliyyatı sahəsini yaxşı bilirdi”

ByYenigun.news

Apr 26, 2023


“Heydər Əliyev dəmir yolu nəqliyyatı sahəsini yaxşı bilirdi, onunla söhbət etmək maraqlı idi”.

“Report”un məlumatına görə, bunu Rusiyanın ilk dəmir yolları naziri, daha sonra isə “Rusiya Dəmir Yolları” (RJD) ASC-nin birinci prezidenti olmuş Gennadi Fadeyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və onun Baykal-Amur magistralının çəkilişindəki xidmətlərinə həsr olunmuş sərginin açılışında deyib.

“Bu gün buraya gəlmişəm ki, öz minnətdarlığımı bildirim. Çünki Heydər Əliyev mənim həyatımda, karyeramda mühüm rol oynayıb”, – o bildirib.

G.Fadeyev rabitə nazirinin birinci müavini vəzifəsinə namizədliyi təsdiq olunarkən o vaxtlar Siyasi Büronun üzvü, keçmiş Sovet İttifaqı hökuməti sədrinin birinci müavini olan Heydər Əliyevlə görüşməsindən danışıb.

“Heydər Əliyev təyinatım olan sənədi imzalamazdan əvvəl mənimlə uzun müddət söhbət etdi. O, dəmir yolu nəqliyyatının işinə yaxşı bələd idi. Üstəlik, istənilən nəslin nümayəndəsi ilə yaxşı danışıq aparmağı bilən xoş ruhlu insan idi”, – G.Fadeyev xatirələrini bölüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir