• Be. Noy 25th, 2024

Rumıniya baş nazirinin müşaviri: “Azərbaycanın beş maddəlik təklifi ilə razılaşma əldə edilə bilər”

ByYenigun.news

Apr 28, 2022

“Azərbaycan və Ermənistan arasında razılaşmanın Prezident İlham Əliyevin təqdim etdiyi prinsiplər əsasında əldə ediləcəyinə ümidvaram”.

Bunu APA-ya açıqlamasında Şuşada keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumda iştirak edən Rumıniya Baş nazirinin müşaviri Yuliyan Çifu deyib.

O, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası üçün əvvəlcə razılaşmanın əldə edilməsinin önəmli olduğunu vurğulayıb:

“Bu istiqamətdə addımların Prezident İlham Əliyev tərəfindən təqdim edilmiş 5 prinsip əsasında atıla biləcəyinə ümidvaram. İkinci məqam isə texniki hissə olan sərhədlərin delimitasiyasıdır. Bu, çox vacibdir. Doğrusu, siz bunların hər ikisini də edə bilərsiniz. Amma ilk növbədə razılaşma olmalıdır. Əgər ölkələrin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və hörmət prinsiplərini təsdiqləyən razılaşmanı reallaşdıra bilsəniz, düşünürəm ki, texniki hissə olan delimitasiya baş tuta bilər. Bunlar irəliyə doğru çox önəmli addımlardır. Amma mən tövsiyə edərdim ki, əvvəlcə məsələnin iqtisadi tərəfinə yönələsiniz. Çünki Ermənistanı iqtisadi baxımdan Azərbaycan və Türkiyə ilə inteqrasiya etdirə bilsəniz, Azərbaycanın böyük əlavə imkanları olacaq”.

Yuliyan Çifu Azərbaycan ərazilərinin minalardan təmizlənməsi ilə bağlı problemlərin qaldığını, bu problemlərin həll ediləcəyinə ümidvar olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir