“IX Qlobal Bakı Forumu xüsusi əhəmiyyət kəsb edir, çünki dünya Ukraynadakı müharibə nəticəsində dəyişib”.
“Report” xəbər verir ki, bunu Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən forumda böyük təcrübəyə malik olan siyasətçilər iştirak edirlər.
O vurğulayıb ki, bu forum siyasi, tarixi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir.