• C. Noy 29th, 2024

Rusiya Federasiya Şurası Azərbaycanda prezident seçkisini müşahidə edəcək

ByYenigun.news

Fev 2, 2024


Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidə edəcək.

Secki-2024.az saytı xəbər verir ki, onlar fevralın 5-dən 8-dək Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisinin müşahidəsində iştirak edəcəklər. Nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin rəhbərlik edəcək.

Parlamentarilər MDB, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyalarının xətti ilə Azərbaycana yola düşəcəklər.

Müşahidəçilər sırasına Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov, Federasiya Şurasının Federal struktur, regional siyasət, yerli özünüidarəetmə və şimal məsələləri üzrə komitə sədrinin müavini Anatoli Şirokov və Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin üzvü Aleksandr Başkin daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir