• Be. Noy 25th, 2024

Rusiya Jurnalistlər İttifaqı Fransada “AzTV” əməkdaşlarına hücumu qətiyyətlə pisləyib

ByYenigun.news

İyn 29, 2023


Rusiya Jurnalistlər İttifaqı Fransada Azərbaycan Televiziyasının (“AzTV”) əməkdaşlarına hücumu qətiyyətlə pisləyib.

RF Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, Rusiya Jurnalistlər İttifaqı xidməti vəzifələrini yerinə yetirən jurnalistlərin işinə mane olmaq məqsədilə istənilən cəhdləri qətiyyətlə pisləyir.

“Bu hadisə ilə bağlı həmrəy olduğumuzu ifadə etdiyimiz azərbaycanlı həmkarlarımız qanun çərçivəsində hərəkət ediblər. Baş verənlərdən təəssüflənirik, bu, söz azadlığına qəsddir və Fransa hakimiyyətinin tezliklə reaksiya verməsinə ümid edirik”, – deyə R. Hüseynov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir