Rusiya Müdafiə Nazirliyi (MN) Qarabağda təmas xətti boyunca sülhməramlıların postlarının mərhələli şəkildə ləğv edildiyini açıqlayıb.
“Qarabağda tərəflərin keçmiş təmas xətti boyunca sülhməramlıların müvəqqəti müşahidə məntəqələri yığışdırılıb” – nazirlikdən bildirilib.
Qeyd edək ki, ləğv edilən postlar Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarında fəaliyyət göstərib.
Mənbə: TASS