• Ca. Dek 25th, 2025

Rusiya prezidenti İlham Əliyevlə nəqliyyat sisteminin inkişafını müzakirə edib

Byadmin

Okt 13, 2023


Rusiya Prezidenti Vladimir Putin ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə nəqliyyat sisteminin inkişafını müzakirə etdiklərini bildirib.

Rusiya lideri bu barədə Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında məlumat verib.

“Dünən mən Azərbaycan Prezidenti İlham Əliyevlə planlarımızdan, o cümlədən dəmir yolu şəbəkəsinin inkişafı və avtomobil yollarının inkişafı barədə ətraflı danışdıq. Bütün bunlar təkcə regional çərçivədə deyil, həm də beynəlxalq əhəmiyyətə malikdir”, – deyə V.Putin qeyd edib.

Mənbə: Interfax