• C. Noy 29th, 2024

Rusiya Prezidentinin mətbuat katibi: “Qarabağın mülkiyyət məsələsi həll olundu”

ByYenigun.news

Sen 21, 2023


“Qarabağın mülkiyyət məsələsi həllini tapıb”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, həmçinin qeyd edib ki, sülh müqaviləsinə doğru irəliləyiş təmin olunub.

“İndi çətin ki, kimsə (sülh müqaviləsinin imzalanmasının) vaxtını göstərməyi öhdəsinə götürsün. Amma Qarabağın mülkiyyətilə bağlı əsas məsələnin Ermənistanın bu mülkiyyətin kimə məxsusluğunu tanıması qərarı ilə həll olunduğunu nəzərə alsaq, nizamlanma prosesində mühüm irəliləyişlər təmin olunub”, – D.Peskov bildirib.

Mənbə: kommersant.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir