• Be. Sen 22nd, 2025

Rusiya sülhməramlıları öz vətəndaşlarını Qarabağdan çıxarıblar

ByYenigun.news

Apr 7, 2023


Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları buraya əvvəllər gəlmiş Rusiya Federasiyası vətəndaşlarını bu ərazilərdən çıxarıblar.

Əldə olunan razılaşmalar çərçivəsində Rusiya vətəndaşlarının təxliyəsi həyata keçirilib.

Beşi uşaq olmaqla 63 nəfər çıxarılıb.

Mənbə: “Peacekeeper” “Telegram”