Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Şuşa rayonunda daha bir müşahidə məntəqəsini bağlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində deyilir.
“Nəzarət sisteminin optimallaşdırılması zamanı Şuşa rayonunda bir müşahidə məntəqəsi bağlanıb”, – bülletendə bildirilir.
Qeyd olunur ki, Rusiya sülhməramlılarının müşayiəti ilə regionun yaşayış məntəqələrinə elektrik enerjisi verilişinin bərpası istiqamətində işləri davam etdirilir.
Mənbə: mil.ru