• C. Noy 29th, 2024

Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” – VİDEO

ByYenigun.news

Apr 25, 2024




“Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir”.

Oxu.Az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə News.ru-nun sualını cavablandırarkən deyib.

O bildirib ki, Moskva Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı istisnasız olaraq bütün məsələlərin müstəsna olaraq siyasi diplomatik üsullarla tənzimlənməsinin tərəfdarıdır.

“Biz ondan çıxış edirik ki, sazişlər davamlı, balanslaşdırılmış və qarşılıqlı məqbul olmalıdır. Onlar regionda davamlı sülhə nail olmaq üçün əsas rolunu oynamalıdırlar. Biz Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar əsasında delimitasiya üzrə tərəflərə məsləhətçi yardımı davam etdirməyə hazır olduğumuzu təsdiq edirik”, – deyə XİN sözçüsü bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir