Rusiyanın Xarici İşlər Nazirliyi Dövlət Dumasının deputatı Mixail Delyaginin yerli televiziya kanallarından birində Azərbaycanla bağlı verdiyi səriştəsiz və cəfəng açıqlamalara münasibət bildirib.
“Deputat Delyaginin Azərbaycanla bağlı fikirləri Moskvanın mövqeyi ilə uyğun gəlmir, bu cür açıqlamalar yolverilməzdir”, – deyə Rusiya XİN-dən vurğulanıb.
Xatırladaq ki, rusiyalı deputat Azərbaycanı “proksi-dövlət” adlandırmış və ölkəmizin neft sənayesini vurmağı təklif etmişdi.
Mənbə: RİA Novosti