• Bz. Noy 24th, 2024

Rusiya XİN: “Moskva-İrəvan münasibətlərinin pisləşməsi ilə bağlı suallar Ermənistana ünvanlanmalıdır” – VİDEO

ByYenigun.news

May 15, 2024




“Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi məsələsi ilə bağlı suallar İrəvana ünvanlanmalıdır, çünki Rusiya bu ölkə ilə müttəfiqlik münasibətlərinə sadiqdir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə NEWS.ru-nun əməkdaşının Moskva ilə İrəvan arasında siyasi əlaqələrin pisləşməsi ilə bağlı sualını cavablandırarkən deyib.

“Temperaturun ölçülməsi üçün zəhmət olmasa ora (rəsmi İrəvana – red.) gedin. O tərəfə suallarınızı ünvanlayın. Rusiya həmişə Ermənistanla həm müttəfiqlik əlaqələri səviyyəsinə, həm də öhdəliklərinə sadiq olub. Bu tarixən belə olub. Ancaq təbii ki, bu, ikitərəfli bir yoldur. Bizim tərəfimizdən bu küçədə heç vaxt ziqzaqlar olmayıb. Qalan hər şeyi, xahiş olunur, rəsmi İrəvandan soruşun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir