“Aİ ölkələri və Ermənistanın iştirakı ilə keçiriləcək görüşdən imtina etməsi Azərbaycanın suveren hüququdur”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransı zamanı news.ru-nun sualını cavablandırarkən bəyan edib.
O, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiyanın vasitəçi rolunu vurğulayaraq əlavə edib ki, Qərb yaranmış vəziyyətdən öz xeyrini axtarmağa başlayıb:
“Qərb tərəfdaşları işə qarışıb öz mənfəətlərini axtarmağa başlayıblar: onların faydası həmişə başqalarının əldə etdiyi harmoniyanın pozulmasındadır”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Qranadada keçiriləcək görüşdə iştirakdan imtina edib. Buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin bu görüşdə iştirakı ilə bağlı narazılığıdır. Bu şərtlərdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.