• Be. Noy 25th, 2024

Rusiya XİN rəhbəri: “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması regionun əhəmiyyətini artıracaq”

ByYenigun.news

Fev 28, 2023

“Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması və yanacaq-energetika sektoru daxil olmaqla, digər layihələrin reallaşdırılması regionun dünya miqyasında əhəmiyyətini artıracaq”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da jurnalistlərin sualını cavablandırarkən bu nəqliyyat layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb:

“Azərbaycan “Şimal-Cənub” layihəsinin təkcə iştirakçı ölkələr üçün deyil, bütövlükdə region üçün mühüm layihə olması ilə bağlı fikirləri bölüşür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir