“Ermənistanla ABŞ-nin keçirəcəyi birgə təlimlər İrəvanın Moskvaya qarşı xəyanətidir”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu rusiyalı siyasi ekspert Yevgeni Mixaylov deyib.
O qeyd edib ki, Ermənistanın bu qərarı Moskva ilə İrəvan arasında ikitərəfli münasibətlərə zərbədir.
“Bu, Azərbaycan və Rusiyanın maraqlarını daha da yaxınlaşdırır. İki ölkə razılaşmalara dəqiq əməl edir və 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatı yerinə yetirir, Ermənistan isə buna əməl etmir”, – ekspert bildirib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək ölkə ərazisində ABŞ ilə birgə hərbi təlimlər keçiriləcəyi barədə xəbər yayıb.