Bir müddət əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlamasında Türkiyənin Ermənistana hücum edəcəyi təqdirdə Rusiya sərhədçilərinin ölkəni müdafiə edəcəyinə şübhə ilə yanaşdığını deyib.
Onu da əlavə edib ki, hazırda rusiyalı hərbçilərin Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsi müzakirə mövzusu deyil. Çünki əslində elə Ermənistan tərəfi üçün də rusiyalı sərhədçilərin bu ərazidə yerləşməsi sərfəlidir. Əks halda indiyə qədər rəsmi İrəvanın bu mövzuda qəti mövqeyini görmüş olardıq.
Digər məqam isə odur ki, rusiyalı sərhədçilər Türkiyə-Ermənistan sərhədində müddətsiz xidmət göstərirlər. Digər tərəfdən Ermənistan parlamentinin spikerinin sözlərinə görə, Azərbaycanla sərhəd Tavuşdan çəkilməlidir və bu proses nəticəsində iki ölkə arasında sərhəd xətləri müəyyənləşdirilməlidir.
Lakin Rusiya nəinki Ermənistan ərazisindən çıxmaq istəmir, həm də Ermənistan-Azərbaycan arasındakı şərti sərhəddə də hərbçilərini yerləşdirmək arzusundadır.
Rusiyalı politoloq Sergey Markov Baku TV-yə açıqlamasında bildirib ki, Rusiya və Ermənistan arasındakı strateji əlaqələr pozularsa, rusiyalı sərhədçilərin özlərinin də oranı tərk etməsi mümkündür:
“Nikol Paşinyanın Qərb sevgisi və Qərbin anti-Rusiya siyasəti nəticəsində bu ehtimal böyükdür. Ola bilər ki, rusiyalı sərhədçilər Qərbdən olan sərhədçilərlə əvəzlənsin və yaxud elə ermənilərin öz sərhədçiləri də yer ala bilərlər. O da ola bilər ki, Ermənistan öz fikirlərindən əl çəkəcək. Nə də olsa, sərhədlərin mühafizəsini kimsə həyata keçirməlidir. Bu, özlüyündə büdcədən vəsait tələb edən işdir. Ancaq Rusiyada çoxları deyir ki, Ermənistanla aktiv siyasət aparmaq lazımdır. Ümumiyyətlə, Cənubi Qafqazda bazası olmalıdır”.
Ətraflı süjetdə: