• Ça. Noy 26th, 2024

Səbaildə “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirilib – FOTO

ByYenigun.news

İyn 25, 2023


Səbail Rayon İcra Hakimiyyətində “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHBA-nın məsul əməkdaşları, “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin üzvləri, müharibə iştirakçıları və əlilləri iştirak ediblər.  

Müharibə veteranları və əlilləri qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ümummilli lider Heydər Əliyevin öz xalqının tarixində müstəsna rola malik, ən mürəkkəb şəraitdə xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimi olduğunu vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb və Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı qələbə təkcə ölkə tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoyub.

 Vuqar Zeynalov ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, müharibə əlilləri, qazilərə dövlət tərəfindən hər zaman diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin ailə üzvlərinin, haqq savaşında şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçiləri və müharibə veteranlarının sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər bunun bariz nümunəsidir.

Daha sonra çıxış edən Qarabağ müharibəsi iştirakçıları Altay Babaşov, İradə Sadıqova, Ramin Şirinov, Fərid Əliyev, Səyavuş İmranov, Nahid Salayev dövlətimiz tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına yaradılan hərtərəfli şəraitə, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda müharibə veteranları və qazilərlə xatirə şəkli çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir