“Biz Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalisinin öz suverenliyi və ərazi bütövlüyü çərçivəsində ehtiyaclarını ödəmək üçün göstərdiyi yardım səylərini dəstəkləyirik”.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X”də bildirib.
“Türkiyə hesab edir ki, regionda sülhün və sabitliyin təmin olunması üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar sahədəki səyləri dəstəklənməlidir. Vəziyyəti daha da gərginləşdirəcək bəyanatlardan və hərəkətlərdən çəkinmək lazımdır”, – səfir qeyd edib.
Dışişleri Bakanı @Bayramov_Jeyhun,
CB Yrd. @HikmetHajiyev ve Cumhurbaşkanı özel temsilcisi Elçin Emirbayov tarafından Karabağ’daki mevcut duruma ilişkin Azerbaycan’daki diplomatik misyonlar için düzenlenen bilgilendirme toplantısına katıldık.Azerbaycan’ın, egemenliği ve toprak… pic.twitter.com/Ob0f1YkqHj
— Cahit Bağcı (@cahitbagci) September 8, 2023