“Qazaxıstan Cənubi Qafqazda kommunikasiyaların açılmasında maraqlıdır”.
Bu barədə “Report”un sualını cavablandıran Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Ermənistan səmərəli əməkdaşlıq qurmalıdırlar:
“Bu, bizim üçün, Mərkəzi Asiya ölkələri üçün və regionda sülhün olması üçün vacibdir”.
Səfir vurğulayıb ki, indi regionda sədd və maneələr qurmaq yox, mümkün qədər çox rabitə və marşrutlar açmaq lazımdır:
“Mərkəzi Asiyanın dünya okeanlarına və dənizlərinə çıxışı yoxdur, ona görə də bütün nəqliyyat və logistika marşrutlarının şaxələndirilməsi bizim üçün vacibdir. Biz Orta Dəhlizin inkişafı üzərində, həmçinin, Azərbaycan kimi Şimal-Cənub dəhlizi istiqamətində çalışırıq. Biz məhsullarımızı Pakistan üzərindən Çinə daşıyıb ixrac edirik. Bütün marşrutlar bizim üçün önəmlidir”.