“Azərbaycanın Cammu və Kəşmirlə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır”.
Bunu Azərbaycanın Pakistandakı səfirliyi “Twitter”də etdiyi paylaşımda bildirib.
❗️The principled position of #Azerbaijan on Jammu & Kashmir is based on the support for peaceful resolution of this issue in accordance w/the norms & principles of international law & the relevant UNSC resolutions, as well as w/full respect to the international humanitarian law.
— Azerbaijan Emb. to Pakistan (@AzEmbPak) August 5, 2022
Qeyd edək ki, Hindistan hökuməti 2019-cu il avqustun 5-də uzun illərdir mübahisə mövzusu olan Cammu və Kəşmirin xüsusi statusunu ləğv edərək, Hindistan federal hökumətinə tabe edib. Bu qərar ciddi etiraz doğurub, hətta Pakistanla Hindistan arasında sərhəddə toqquşmalara və qarşılıqlı olaraq iki tərəfin bir-birinin təyyarəsini vurmasına səbəb olub.