• Bz. Fev 15th, 2026

Səhiyyə naziri: “Sərgi əhalinin sağlamlığının yaxşılaşdırılmasında davamlı platforma rolunu oynayacaq”

Byadmin

Noy 2, 2023


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri diqqət və qayğının nəticəsidir ki, respublikamızda müasir səhiyyə infrastrukturu obyektləri inşa edilir, tibb müəssisələri ən son texnoloji avadanlıqlarla təchiz olunur və maddi-texniki baza gücləndirilir”.

Oxu.Az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Bakıda keçirilən “Medinex” sərgisində çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün ondan çox ölkədən 100-ə yaxın şirkətin qatıldığı sərgi artıq üçüncü dəfədir ki, ölkəmizdə təşkil olunur:

“Medinex” sərgisi həm tibb mütəxəssislərinin yeniliklərlə tanışlığı, həm biznes nümayəndələri arasında qarşılıqlı əlaqələrinin inkişafı, həm də hər bir vətəndaşımızın sağlamlığının yaxşılaşdırılması sahəsində davamlı platforma rolunu oynayacaq”.

Könül Cəfərli