• Şb. Noy 23rd, 2024

“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun ilk iclası keçirildi – FOTO

ByYenigun.news

İyn 1, 2022

Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli Fərmanının 1-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun ilk iclası keçirilib.

Nazirlikdən verilən məlumata əsasən, səhiyyə sisteminin əsas iştirakçılarının qatıldığı iclası giriş sözü ilə səhiyyə naziri Teymur Musayev açaraq səhiyyə sektorunun davamlı inkişafının təmin edilməsinin ölkə rəhbəri Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirib.

Bu baxımdan, imzalanmış Fərmanda səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması, rəqəmsal səhiyyənin inkişaf etdirilməsi prioritet istiqamətlər olaraq müəyyən olunub.

Sonda tapşırıqların icrası məqsədilə hazırlanmış nəticəyönümlü Fəaliyyət Planı iclas iştirakçılarının diqqətinə təqdim edilmiş və növbəti iclasda Fərmanda nəzərdə tutulduğu kimi, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə geniş tərkibdə əsas komponentlərin müzakirəsinə qərar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir