• C. Noy 29th, 2024

Səməd Seyidov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə müraciət edib – FOTO

ByYenigun.news

Mar 13, 2023

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə müraciət edib.

O, bu barədə “Twitter” hesabında yazıb:

“Azərbaycan Prezident Administrasiyası Qarabağ erməniləri ilə parlamentimizin xüsusi nümayəndəsi (Ramin Məmmədov – red.) arasında Xocalıda baş tutan görüşdən sonra Qarabağdakı erməniləri Bakıya dəvət edib. Gəlin, daha parlaq, daha ahəngdar gələcək üçün dialoqu davam etdirək”.

Qeyd edək ki, Prezident Administrasiyası Qarabağ bölgəsində yaşayan erməni sakinləri növbəti görüş üçün Bakıya dəvət edib.

Xatırladaq ki, daha əvvəl deputat Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. O, Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir