“Şvabe Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur”.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov rəsmi “X” hesabındakı paylaşımında bildirib.
S.Seyidovun sözlərinə görə, Şvabe əsl üzünü açıb:
“O, özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçi, həmçinin AŞPA-da qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirən və təkcə bu təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur”.
Schwabe has revealed his true face. He’s a mercenary politician, bringing shame upon himself, his country, and the Council of Europe. He’s a political terrorist, illegally seizing power in PACE and destroying not only this organization but also the European integration idea.
— Samad Seyidov (@SeyidSamad) April 30, 2024