“Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının uzunmüddətli dönəmdə mədənçıxarma və emal sənayesi, turizm və nəqliyyat sahələrində iqtisadi artıma təxminən orta hesabla 5%-lik əlavə təsiri olacaq”.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı deyib.
“Bizim ÜDM-nin 3%-i və qeyri-neft ÜDM-nin 5,1%-i uzunmüddətli dönəmdə bu ərazidə istehsal olunacaq”, – deyə o bildirib.