• Ça. Dek 23rd, 2025

Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Byadmin

İyn 14, 2023


İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Prezident.az-ın məlumatına görə, məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik”.