• Bz. Noy 24th, 2024

Səyyar Gənclər Xidməti Füzuli gəncləri ilə görüşüb – FOTO

ByYenigun.news

İyl 8, 2022

Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən, “İmkanlar sənə doğru!” devizi ilə ucqar kəndlərdə yaşayan gənclərə fürsətlər qazandırmaq üçün yola çıxan “Səyyar Gənclər Xidməti” ölkəmizin Qarabağ iqtisadi rayonunda fəaliyyətini davam etdirir.

Layihə çərçivəsində növbəti səfər 2 il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilən Füzuli rayonuna olub. Rayon üzrə 2 kənd – Qazaxlar və Yuxarı Kürdmahmudlu kəndləri olmaqla, yüzlərlə gənc xidmətlərdən yararlanıb.

Layihənin başlıca məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində yaradılan imkan və xidmətlər barədə gəncləri ətraflı məlumatlandırmaq, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının daha da artırılması, onlar üçün yeni fürsətlər yaratmaqdır.

Qeyd edilənlərə əlavə olaraq, layihə gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının, dünyagörüşünün genişləndirilməsinə xidmət edir.

Mövzular üzrə hər iki kənddə yaşayan gənclərlə təlimlər, o cümlədən şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda karantin rejimi qaydalarına riayət olunmaqla açıq hava şəraitində görüş keçirilib.

Layihənin icrası zamanı müxtəlif dövlət qurumları tərəfindən gənclərlə bağlı proqramlar üzrə təqdimatlar keçirilib və gənclərin həmin proqramlara cəlb olunması təmin edilib.

Qeyd edək ki, 2022-ci il üzrə Biləsuvar rayonundan başlayan Səyyar Gənclər Xidməti bundan əvvəl Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonlarında həyata keçirilib və ümumilikdə 6 rayon üzrə 27 kənd olmaqla, 3 500-dən çox gənc əhatə olunub.

Layihənin bu il üzrə Azərbaycanın 20-yə yaxın şəhər və rayonunun 100-ə qədər ucqar kəndində yaşayan minlərlə gənci əhatə etməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir