Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Bəhreyndə bir sıra ölkələrlə ikitərəfli əməkdaşlığı müzakirə edib.
Bu barədə o, “Twitter” hesabında məlumat verib.
“Bəhreyn Krallığında dekabrın 5-dən 7-dək Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının 87-ci sessiyasında iştirak etdik. Dünya gömrük işi müstəvisində aparılan müzakirələrdə münasibətimizi bildirdik, təkliflərimizi səsləndirdik, ikitərəfli görüşlərdə əməkdaşlığın perspektivlərini müzakirə etdik”, – o əlavə edib.
Dekabrın 5-dən 7-dək Bəhreyn Krallığında #ÜGT Siyasi Komissiyasının 87-ci sessiyasında iştirak etdik. Dünya gömrük işi müstəvisində aparılan müzakirələrdə münasibətimizi bildirdik, təkliflərimizi səsləndirdik, ikitərəfli görüşlərdə əməkdaşlığın perspektivlərini müzakirə etdik. pic.twitter.com/Sn3k2M3pZN
— Shahin Baghirov (@Shahin_Baghirov) December 7, 2022