“Türkiyə azərbaycanlı ekofəalların Laçın yolundakı aksiyalarını dəstəkləyir”.
“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasında jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
Deputat söyləyib ki, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə – Azərbaycan əlaqələri yeni müstəviyə qədəm qoyub:
“Əlaqələrimiz bundan sonra da inkişaf edəcək”.
“Biz həmişə olduğu kimi indi də Azərbaycanın yanındayıq. Bilirik ki, bu aksiyalar haqlıdır. Azərbaycan Xankəndi, Xocalıda da tam suverenliyini bərpa edəcək. Biz buna inanırıq”, – o vurğulayıb.