• Be. Noy 25th, 2024

Samir Nuriyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb – FOTO

ByYenigun.news

İyn 1, 2023


İyunun 1-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və çoxşaxəli tərəfdaşlığa söykənən ikitərəfli münasibətlərin davamlı şəkildə uğurla inkişaf etdiyi bildirilib. Neft-qaz, yaşıl enerjiyə keçid, ticarət, nəqliyyat, təhsil və digər sahələrdə əhəmiyyətli nailiyyətlərin əldə olunduğu vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin fəal şəkildə davam etdirildiyi, çox qısa vaxt ərzində və daxili maliyyə imkanları hesabına böyük nəticələrin əldə olunduğu diqqətə çatdırılıb.

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işlərində, xüsusilə şəhərsalma və minatəmizləmə fəaliyyətlərində Böyük Britaniya şirkətləri ilə səmərəli əməkdaşlıq edildiyi qeyd olunub.

Azərbaycan və Böyük Britaniya arasında dostluq əlaqələrinin daha da gücləndiriləcəyinə, ikitərəfli gündəliyin bütün sahələrində yeni nailiyyətlərin əldə olunacağına dair əminlik ifadə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir