Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə NATO Sammiti çərçivəsində görüşüblər.
Bu barədə Aİ Şurasının Prezidenti özünün “Twitter” hesabında bildirib.
Onun sözlərinə görə, tərəflər Türkiyənin BMT-nin və Baş katib Antonio Quterreşin Ukraynadan taxıl ixracına qarşı blokadanın aradan qaldırılması səylərinə göstərdiyi dəstəyi müzakirə ediblər.
Discussed Türkiye’s support to @UN and @antonioguterres efforts to unblock grain exports from #Ukraine with President @RTErdogan in Madrid.
Russia’s military aggression and its invasion of a sovereign nation is unacceptable. pic.twitter.com/w2xf3HGMhZ
— Charles Michel (@CharlesMichel) June 29, 2022
“Rusiyanın hərbi təcavüzü və suveren dövlətə qarşı işğalı qəbuledilməzdir”, – deyə Ş.Mişel əlavə edib.