“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın beynəlxalq aləmdə nüfuzu kəskin şəkildə artıb”.
“Report”un xəbərinə görə, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə deyib.
O, Bakı şəhərində göstərilən səmimi münasibətə və diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.