“Parlament diplomatiyası dünyadakı problemlərin, münaqişələrin həllində mühüm rol oynayır.
Oxu.Az-ın məlumatına əsasən, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edərkən deyib.
O bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi böyük işlər görür. Spiker Azərbaycanın balanslı xarici siyasətinə də diqqət çəkib.
“Azərbaycan soyuq müharibədən (SSRİ-nin süqutundan sonra – red.) sonrakı dövrdə çox önəmli siyasət həyata keçirdi”, – deyə o əlavə edib.
Mustafa Şentop terror təhdidlərindən də danışıb:
“Terror bu gün bütün dünyanı əhatə edən təhdid olaraq qalır. Türkiyə terrorun bütün formaları ilə mübarizə aparır”.
Aqşin Kərimov