• C. Noy 29th, 2024

Serbiyalı politoloq: “Avropa İttifaqına onları fəlakətə aparan insanlar rəhbərlik edir”

ByYenigun.news

Fev 2, 2024


Ursula fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) ölkələrinin və orada yaşayan insanların maraqlarını tamamilə görməzlikdən gəlir və bu səbəbdən də onlar onun siyasətindən getdikcə daha çox şikayət edirlər.

Bunu “Report”a açıqlamasında serbiyalı politoloq, Avropa Araşdırmaları İnstitutunun elmi işçisi Stevan Qayiç deyib.

“Ölkələrə Ursula fon der Lyayenin və bütövlükdə AK-nin apardığı siyasətə əməl edən qlobalistlər rəhbərlik edir. Beləliklə, Avropa xalqları müəyyən mənada “işğal olunmuş” vəziyyətinə düşüblər. Onları fəlakətə aparan elitanın “işğalı” altındadırlar”, – politoloq bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri arasında parçalanmanın səbəblərindən biri Rusiya-Ukrayna müharibəsi olub: “Beləliklə, bu müharibə Avropa ölkələrini iqtisadiyyatlarının fəlakətli vəziyyətə düşməsinə səbəb olub”.

“Aİ-yə, qəsdən, ideoloji səbəblərə görə tamamilə irrasional olaraq ölkələri tam fəlakətə aparan insanlar rəhbərlik edir. Buna görə də hesab edirəm ki, Avropa bu gün gördüyümüz iğtişaşlarla daha çox üzləşəcək. O ki qaldı Ursula fon der Lyayenin başına nə gələcək, bunu Avropa Parlamentinə keçiriləcək seçkilərdən sonra görəcəyik”, – serbiyalı politoloq bildirib.

O qeyd edib ki, indi Avropada Aİ-nin kənd təsərrüfatı siyasətinə etiraz edən fermerlərin aksiyaları artır: “Almaniya və Fransanın ardınca Aİ-nin digər ölkələrində də etiraz edən fermerlər küçələrə çıxıb. İtaliyanın baş nazirinin müavini və infrastruktur naziri Matteo Salvini bildirib ki, o, Avropada fermerlərin kütləvi etirazlarının səbəbini Ursula fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyasının “fəlakətli” siyasətində görür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir