• Şb. Noy 23rd, 2024

Sergey Lavrov: “İrəvanın bəyanatları Moskvanı praktik addımlar barədə düşünməyə vadar edir”

ByYenigun.news

Mar 2, 2024


“Rusiya Ermənistan rəhbərliyinin bəyanatlarını izləyir və öz praktik addımlarını planlaşdırarkən bunları nəzərə alacaq”.

Bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov Antalya Diplomatik Forumunun yekunlarına dair mətbuat konfransında deyib.

O vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatları əsasında İrəvanla Bakı arasında nizamlanmanın alternativi yoxdur.

“Ermənistan rəhbərliyindən hər gün eşidilən bu bəyanatlar bizi reallıqda nələr baş verdiyi və bunu praktiki addımlarımızda necə nəzərə alacağımız barədə düşünməyə vadar edir”, – Lavrov qeyd edib.

Qeyd edək ki, son aylar İrəvanda Moskvaya qarşı ittihamlar səslənir.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir