“Rusiya Cənubi Qafqazda sülh və inkişafın təmin edilməsində maraqlıdır”.
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda deyib.
O, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesindən danışaraq qeyd edib ki, Rusiya bu prosesdə iştirak edən digər tərəflərə qarşı deyil, lakin bunun səmimi şəkildə həyata keçirilməsi vacibdir:
“Amma bəzi qeyri-regional oyunçular bu prosesdə regiona fayda vermək üçün deyil, şəxsi maraqları naminə iştirak edirlər”.