• Ca. Noy 28th, 2024

Sergey Markov: “Aralar və ermənilər kafedə oturacaqlar, İvanlar və Petyalar isə onlar üçün döyüşməlidirlər?”

ByYenigun.news

Apr 10, 2023


Ötən həftənin sonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib ki, Rusiya qeyri-regional oyunçuların Cənubi Qafqazda nizamlanmaya mane olmayacağına ümid edir. Söhbət Ermənistan-Azərbaycan nizamlanmasından gedirdi. Amma artıq qeyri-regional oyunçular var. Məsələn, Ermənistanda Avropa İttifaqının müşahidə missiyası (EUMA).

Vəziyyət dəyişə bilərmi və Ermənistan EUMA ilə əməkdaşlıqdan imtinaya gedəcəkmi? Oxu.Az-ın bu sualını cavablandıran Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov qeyd edib ki, Sergey Lavrovun sözlərindən sonra heç nə dəyişməyə bilər:

– Rusiya XİN rəhbərinin bəyanatları Moskvanın israr etdiyi əvvəlki siyasətin davamıdır. Türkiyə Cənubi Qafqazdakı bu siyasətdən razıdır. Burada regional oyunçular olmalıdır – Azərbaycan, Gürcüstan və Ermənistan və onlarla həmsərhəd olan Rusiya, Türkiyə və İran. Ermənistan bu mövqeyi yaxşı bilir, amma açıq şəkildə buna qarşı çıxır.

– Diqqəti cəlb edən məsələ budur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) şərti olaraq Ermənistan-Azərbaycan sərhədinə missiya göndərmək təklifi var. Bu barədə qurumun katibliyinin nümayəndəsi Yuri Şuvalov da danışıb. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsinin vaxtı İrəvandan asılıdır. KTMT missiyasından imtina edən İrəvan daha sonra buna qarşı olmadıqlarını bildirsə də, yenə icazə vermədi. Belə qəribə hekayə…

– Məsələ, sadəcə, missiyanın olmasında deyil. İrəvana Ermənistan tərəfindən Azərbaycanla döyüşməyə hazır olan qüvvələr lazımdır. Amma KTMT belə roldan imtina edir, ona görə də Ermənistan KTMT-ni bloklayır və Avropa İttifaqını dəvət edir, hansında ki Fransa ciddi rol oynayır. Paris isə bildiyiniz kimi, birmənalı olaraq ermənipərəst mövqe tutur.

– Yeri gəlmişkən, ötən gün erməni politoloq, Ermənistanın Kanadadakı keçmiş səfiri, “Modus Vivendi” mərkəzinin rəhbəri və müxalifətçi Ara Papyan bildirib ki, Ermənistanın KTMT müşahidəçilərinə ehtiyacı yoxdur. Onun birbaşa sitatını xatırladım: “Mən KTMT-dən düşmənimi məğlub etməli olan qoşunlar tələb edirəm”. Düşmən deyəndə isə təbii ki, Azərbaycan nəzərdə tutulur.

– Bu, erməni siyasətçilərinin yapışdığı və eyham vurduğu, amma birbaşa deyə bilmədikləri məntiqlə kifayət qədər məntiqli səslənir. Bu, erməni politoloqunun aydın, birbaşa və adekvat, açıq bəyanatıdır. Onlar istəyirlər ki, ermənilər və aralar Moskva kafelərində otursunlar, rus İvanları və Petyaları isə onlar üçün döyüşsünlər, Qarabağda Ermənistan üçün ölsünlər. Amma Rusiya Federasiyasının rəhbərliyi və Rusiya prezidenti bunu istəmirlər. Ona görə də Ermənistanda KTMT-yə qarşı çıxırlar.

– Bu yaxınlarda isə Qarabağdakı erməni separatçı hərəkatının təşkilatçılarından biri kimi təqdim olunan başqa bir fiqur – Qagik Avanesyanın daha bir bəyanatı oldu. O bəyan edib ki, regionda keçmiş Minsk qrupunun həmsədrlərindən birinin qoşunları varsa, o zaman digər iki həmsədr dövlətin, yəni Fransa və ABŞ-nin qoşunları da iştirak etməlidirlər.

– Bu, məntiqsiz ifadədir. Əlbəttə, ATƏT-in Minsk qrupu formal olaraq buraxılmayıb, lakin Azərbaycan haqlı olaraq onun səlahiyyətlərini tanımaqdan imtina edir. Amma Rusiya həm də BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bundan belə nəticə çıxır ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələr öz qoşunlarını göndərməlidirlər? Rusiya Ermənistan-Azərbaycan nizamlanmasında ATƏT-in Minsk qrupunun üzvü kimi deyil, həmin qrupun əvəzinə iştirak edir.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir