• Şb. Avq 23rd, 2025

Sergey Markov: “Sovet İttifaqına Heydər Əliyev rəhbərlik etsəydi…” – VİDEO

ByYenigun.news

May 10, 2023


“İllər keçsə də, Heydər Əliyev kimi tarixi şəxsiyyətin, görkəmli siyasətçinin fəaliyyəti bu günə kimi hər kəs üçün örnəkdir”.

Bu sözləri Ural Dövlət İqtisad Universitetinin rektoru Yakov Silin ümummilli liderin 100 illik yubileyi münasibətilə onunla bağlı xatirələrini bölüşərkən deyib.

Onun sözlərinə görə, məhz Heydər Əliyevlə müasir dövlətin yaradılması, millət və cəmiyyətin birləşməsi mümkün oldu:

“Sovet İttifaqının dağılmasından sonra Heydər Əliyev Azərbaycanın inkişaf perspektivini təmin edə bildi”.

Sergey Markov isə bildirib ki, Heydər Əliyev Rusiyanın inkişafına böyük töhfə verib.

“Sovet İttifaqına Mixail Qorbaçov yox, Heydər Əliyev rəhbərlik etsəydi, ölkəmizin, bütün Avropa və Avrasiyanın tamam fərqli tarixi olardı”, – deyə o qeyd edib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik: